ABŞ Prezidenti Co Bayden yanvarın 9-12-də Romaya səfər edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında deyilib.
“Bayden 9-12 yanvar tarixlərində Romaya səfər edərək Papa Fransisk, İtaliya Prezidenti Serjio Mattarella və Baş nazir Meloni ilə görüşlər keçirəcək. Yanvarın 10-da prezident Bayden Papa ilə görüşü zamanı dünya sülhünü təşviq etmək səylərini müzakirə edəcək”, - məlumatda qeyd olunub.