Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT!

Demək olar ki, hər 3 insandan biri tez-tez başgicəllənməsi ilə üz-üzə qalır. Lakin bu vəziyyəti yaradan səbəblər haqqında çox az adam məlumatlıdır. Bu gün sizə başgicəllənməsinin ən geniş yayılmış 11 səbəbindən danışacağam.

Susuzluq və maye itirilməsi başgicəllənməsinin ən geniş yayılmış səbəblərindəndir. Əgər qəbul etdiyimiz mayenin miqdarı itirdiyimiz mayenin miqdarından azdırsa, bədənimiz susuzluq çəkir. Xüsusilə, isti havalarda başgicəllənməsinə çox rast gəlinir;

Təzyiqin aşağı olması. Aşağı təzyiqin insanın ümumi vəziyyətinə mənfi təsiri var. Bu hal insanlar arasında daha geniş yayılıb. Məsələn; oturduğunuz yerdən anidən ayağa qalxanda başgicəllənməsi olur. Səbəbsiz yerə tez-tez təzyiqiniz düşürsə, bunu həkiminizə bildirin. Çünki aşağı təzyiq bəzən hansısa ciddi xəstəliyin xəbərçisi ola bilir;

Panika və əndişə. Həyəcan pozğunluğu və panika, nigaranlıq da başgicəllənməsinə gətirib çıxara bilir. Bəzən aldığımız hansısa pis xəbər buna səbəb ola bilir. Sağlamlığınız üçün ruhi sabitliyinizi qorumalısınız;

Yuxusuzluq. Adətən, bu səbəb o qədər də ciddiyə alınmır. Lakin unutmaq olmaz ki, 7 saatdan az yatırsınızsa, başgicəllənməsinin olması labüddür. Yuxusuzluq nəinki baş gicəllənməsi, bir sıra psixoloji və fiziki problemlərə də səbəb olur. Ona görə yuxu rejiminizə diqqət edin.

Qanda şəkərin səviyyəsinin aşağı düşməsi. Bu hal baş verərsə, xüsusilə, insulin müqaviməti varsa, yeməkdən əvvəl, yaxud sonra qanda şəkərin səviyyəsində qəfil dəyişikliklər olur.  Nəticədə, başgicəllənməsi yaşanır. Diabet xəstəsisinizsə, qanda şəkərin səviyyəsini daim nəzarətdə saxlamaq üçün həkim nəzarətində olmalısınız. Yaxud pəhriz saxlayırsınızsa, baş gicəllənməsi

Daxili qulaq problemləri. Bilirik ki, vestibulyar aparat müvazinətimizi tənzimləyir. Daxili qulağın labirintində yerləşən vestibulyar aparatda baş verən cüzi dəyişiklik belə, başgicəllənməsi yaradır;

Beyin damarlarındakı tıxanıqlıq. Boyunun hər iki tərəfindən yuxarı çıxan damarlar beyini qidalandıran damarlardır. Bu damarlarda tıxanıqlıq olanda beyin qidalana bilmir və başgicəllənmə yaşanır;

Qan azlığı. Qan azlığı orqanizmin oksigen dövriyyəsini pozur. Bəli, təzyiqin aşağı düşməsi, başgicəllənməsi oksigen aclığı çəkən beyinin üsyanıdır;

İnfeksiyalar.  Xüsusilə, tənəffüs yollarındakı, bağırsaqlardakı infeksiyalar orqanizmdən həddən artıq mayenin xaric olunmasının səbəbidir.  Susuzluq çəkən orqanizmdə başgicəllənmə olması təbiidir. Orqanizmin hansısa bir hissəsində infeksiya varsa, başgicəllənməsinin hər an baş verə biləcəyinə hazır olun;

Siqaret. Təəccübləndiniz? Siqaretdə nikotindən başqa, orqanizmi təhdid edən bir çox maddə var. Dayanmadan, fasilə vermədən çəkilən siqaret kəskin hipotenziyaya səbəb olur. Bəzən deyirlər: “Yayın istisiydi. Elə siqaret əlimdəcə özümdən getmişəm”. Bu kimi durumlarda təzyiq kəskin şəkildə aşağı enir. Ən azı, 2-3 dəfə bu halı yaşayanlar siqareti tərgitsələr, yaxşıdır;

İnfarkt və ürək çatışmazlığı. Əslində, bunlar başgicəllənməsinin səbəbləri deyil, nəticələridir desəm, daha doğru olar. Sadəcə, demək istədiyim odur ki, hər iki halın baş verməsindən qısa zaman öncə başgicəllənməsi yaşanır;

Gördüyünüz kimi, başgicəllənməsi laqeyd yanaşılası hal deyil. Sadaladığım simptomlardan, ən azı, biri varsa, həkimə getməyi təxirə salmayın.    //oxu24.com/

Share on Facebook