"Barselona"dan Dembeleyə yeni müqavilə

"Barselona" futbolçusu Usman Dembeleyə yeni müqavilə təklif edib.

Sozcu.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı oyunçu ilə müqavilənin müddətini daha 4 il uzatmaq istəyir.

Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm 33 oyuna çıxıb, 8 qol vurub və 7 qolun ötürməsini verib.

Xatırladaq ki, Dembelenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Share on Facebook