"Barselona" onun üçün "Bavariya" ilə danışıqlara başlayır

"Barselona" "Bavariya"nın və İspaniya millisinin hücumçusu Brayan Saraqosanı yay transfer pəncərəsində əsas hədəflərindən biri kimi görür.

Sozcu.az xəbər verir ki, bu barədə İspaniyanın "El Chiringuito" nəşri məlumat yayıb.

Kataloniya klubunun rəhbərliyi 23 yaşlı futbolçunun La Liqada oynamağa tam hazır olduğunu və hazırda maliyyə baxımından ən sərfəli variantlardan biri olduğunu düşünür.

Qeyd olunur ki, Saraqosa "Barselona"nın ona olan marağı ilə bağlı xəbərlərə sosial şəbəkələrdə bəyənərək reaksiya verib. Klubun yaxın günlərdə futbolçunun transferi üçün rəsmi təklif göndərəcəyi də bildirilir.

Qeyd ki, Brayan Saraqosa ötən mövsümü icarə əsasında "Osasuna"da keçirib və 28 oyunda 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı vingerin "Bavariya" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 

Share on Facebook