Balakəndə 21 yaşlı gənc bıçaqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini, 2002-ci il təvəllüdlü Seyidov Gəncəliyevin bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
İlkin araşdırma zamanı S.Gəncəliyevə bıçaqla xəsarət yetirən şəxsin Pərviz Abdullayev olduğu müəyyən edilib . Keçirilən tədbir zamanı o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.