Bakıda usta iş yerində qəfil öldü

Bakıda usta iş yerində ölüb.

Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 2-si paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində baş verib.

Orada usta işləyən 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov avtomobil təmir edərkən halı qəfil pisləşib. O. hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, M.Qasımov ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Share on Facebook