Bakının Sabunçu rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.az-ın məlumatına görə, iki avtomobilin toqquşması zamanı sərnişin, 2019-cu il təvəllüdlü A.Eyvazov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.