Bakıda qatar adam vurdu

Bakı-Sumqayıt qatarı adam vurub. 

"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, bu gün saat 19 radələrində Bakı- Sumqayıt qatarı adam vurub.

Sərnişinlərin bildirdiyinə görə, saat 18:25-də qrafiki üzrə hərəkət olan qatar Xırdalan stansiyasından çıxdıqdan sonra qəfil dayanıb. Maşinist və polis ərazidə müşahidə aparıb. Hərəkət yalnız 20 dəqiqə sonra bərpa olunub.   socar vakansiya

Hadisə ilə bağlı hələlik Azərbaycan Dəmiryolları QSC-dən hər hansı bir açıqlama verilməyib.

Share on Facebook