Bakıda evdən 24,5 min manatlıq oğurluq edən yeniyetmə saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7 500 manat pul və 17 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.