Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatar yetkinlik yaşına çatmayan şəxsi vurub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman baş verib. Nəticədə şəxs aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.