Bakı və İrəvan arasındakı danışıqlar... - ABŞ rəsmisi

Azərbaycan və Ermənistan arasında danışıqlar regionda sülhün və sabitliyin qorunması üçün çox vacibdir.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin rəhbəri və baş icraçı direktoru Suzan Elliott Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, harmoniya və inteqrasiya bugünkü gündəmin iki mühüm maddəsidir.

S.Elliott Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal iş apardığını da qeyd edib:

“Hətta ABŞ-da belə mürəkkəb dəyişikliklər o qədər də tez baş vermir. 2020-ci ildən Azərbaycan bir çox infrastruktur layihələrini başa çatdırıb və bu, iqtisadiyyatı bərpa etmək və insanları buraya qaytarmaq üçün lazımdır”.

Share on Facebook