Bakı metrosunun “Neftçilər” stansiyasının keçidində sərnişin vəfat edib.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, pilləkənlərlə düşərkən özünü pis hiss edən şəxsə ətrafdakılar ilkin tibbi yardım göstərib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb.