Bakı metrosunda ölüm hadisəsi baş verib.
Sozcu.az xəbər verir ki, hadisə dekabrın 1-i saat 07 radələrində metronun “Əhmədli” stansiyasında qeydə alınıb.
Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Babəli oğlu Babayevin halı stansiyada qəfil pisləşib. Təcili tibbi yardım briqadası gələnədək o vəfat edib.
59 yaşlı şəxsin infarktdan öldüyü bildirilib.
Araşdırmalar aparılır.
