"Azərişıq" əməkdaşını cərəyan vurub öldürdü

Qaradağ rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 17 radələrində Qobustan qəsəbəsi ərazisində yerləşən "ANT" sement zavodunda "Azərişıq" ASC-nin işçisini cərəyan vurub.

Belə ki, 1996-cı il təvəllüdlü Ramazan Fərhat oğlu Məmmədli zavod ərazisində iş görərkən onu elektrik cərəyanı vurub.

ASC əməkdaşı hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Share on Facebook