Təbrizdə ailə başçısı 35 yaşlı həyat yoldaşı, 13 yaşlı qızı və 9 yaşlı oğlunu güllələyərək öldürdükdən sonra özünə də atəş açaraq həyatına son qoyub.
Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Adı açıqlanmayan şəxsin depressiyadan və psixi pozuntudan əziyyət çəkdiyi üçün cinayət törədiyi bildirilib.
İranın Psixiatriya Assosiasiyasının verdiyi məlumata görə, son bir ildə ölkə vətəndaşları arasında depressiya halları iki dəfə artıb