Azərbaycanda vərəmli xəstələrin sayı AÇIQLANDI

“Azərbaycanda vərəmli xəstələrin sayına görə vəziyyət kifayət qədər qənaətbəxşdir".

Sozcu.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov vərəmlə bağlı keçirilən multi-sektoral görüşdə çıxışı zamanı deyib.

Bu problemin nəinki ölkəmizdə, bütün dünyada mövcud olduğunu bildirən nazir müavini qeyd edib ki, 2021-ci ildə vərəm əleyhinə dərmanlara davamlı formadan əziyyət çəkən 450 min yeni xəstə aşkarlanıb:

“Bu il iyunda Ümumdünya Səhiyyə Təşkilatı mikroblara qarşı anti-bakterial və göbələk əleyhinə davamlılıq göstərən problemlərin həlli üçün prioritet elmi-tədqiqat istiqamətlərini müəyyən edib. Elmi tədqiqat üçün 40 istiqamət seçilib və onlardan 7-si təqribən 20 faizi sırf vərəm əleyhinə dərmanlara davamlılıq probleminə həsr olunub. Bu onu göstərir ki, vərəm əleyhinə dərmanlara rezistentlik nə qədər önəmlidir".

Share on Facebook