Azərbaycanda ər və arvad faciəvi şəkildə öldü

Xaçmazın Yalama kəndində ər və arvad yaşadıqları evdə yanaraq ölüb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Aslan Balasultan oğlu Taqverdiyev və həyat yoldaşı 1965-ci il təvəllüdlü Rumayə Atakişi qızı Taqverdiyeva yaşadıqları fərdi yaşayış evində yanmış halda tapılıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

***

Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Share on Facebook