Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi - YENİLƏNİB - FOTO

09:22

Göyçay rayonunun Müskürlü kəndi ərazisində "Kia" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Sozcu.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

----------

07:57

Göyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib.

Sozcu.az APA-ya istinadən xəbər verir ki, qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Bildirilir ki, "Kia" markalı avtomobil idarəetməni itirərək kanala düşüb.

Əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. 

64accb90eacabea211ac505553d15f79.jpg

Share on Facebook