Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş 21 ədəd fərdi yaşayış evində əlavə bərpa işləri aparılacaq.
Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi iqtisadiyyat.az-a bildirib.
Məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb.
Qurum bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tikinti şirkətlərinin biri ilə müqavilə bağlayıb. Müqaviləyə əlavə bərpa işlərinə yarım milyon manat vəsait sərf olunacaq.