Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapıldı

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, - deyə hərbi qurumdan bildirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

Share on Facebook