İrəvanda Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın dövlət strukturlarına girişi qadağan edilib.
Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın ailəsinə məxsus "Haykakan Jamanak" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, o, Ermənistan İctimai Televiziyasının ərazisinə və polis tərəfindən qorunan digər dövlət binalarına daxil ola bilməyəcək.
Qeyd edək ki, Azərbaycanda Aram Nikolyan barəsində cinayət işi açılıb, onun saxlanılması üçün beynəlxalq axtarış elan edilib.