Azər Qaraşovu oğlu öldürübmüş

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

Sozcu.az xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Share on Facebook