Sosial şəbəkələrdə AZAL-la bağlı daha bir şikayət yayılıb.
Sozcu.az xəbər verir ki, bu dəfə AZAL-ın Naxçıvan reyslərində xidmətin bərbad olması, sərnişinlərə yemək və içki verilməməsi narazılıq doğurub.
Qeyd olunur ki, əvvəllər sərnişinlərə çay, kofe təklif olunsa da, artıq şirkət onları bundan da məhrum edib.
"AZAL-ın təklif etdiyi çaydan, kofedən, şirniyyatdan dəfələrlə yazmışıq. Biabırçılıq idi. 2 həftə əvvəl gedəndə təklif edilən kofedən istədim, amma kofe deyildi. Şirniyyat olaraq verdikləri məhsulun üzərində isə ad, istehsal tarixi və s. yoxdur. Artıq bu problem "həllini tapdı". Çünki daha AZAL sərnişinlərə heç nə vermir", - deyə bildirilib.demokrat