Az hərəkət edənlərdə xərçəng xəstəliyi daha çox yayılır

Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, gündə beş dəqiqəlik intensiv fiziki fəaliyyət xərçəng xəstəliyinin bəzi növlərinə tutulma riskini 32% azalda bilər.

Sozcu.az report-a istinadən xəbər verir ki, bununla bağlı məlumat "JAMA Oncology" jurnalında dərc edilib.

"Fasiləli fiziki fəaliyyət, xərçəng xəstəliyinin hər hansı bir növünün inkişaf risklərini 18%, aktivlik çatışmazlığı ilə birbaşa əlaqəli xərçəng xəstəliklərində isə 32% azaltmaq qabiliyyətini nümayiş etdirdi", - tədqiqatda deyilir.

Belə fasiləli fiziki fəaliyyət yemək bişirmək, qabların yuyulması və mənzilin təmizlənməsi kimi müxtəlif ev işlərini əhatə edə bilər.

Tədqiqatda gündəlik fiziki fəaliyyətinin izlənildiyi 22 min nəfər iştirak edib. Araşdırma yeddi il ərzində aparılıb.

Share on Facebook