Aybəniz Haşımova Türkanın qətliylə bağlı sirləri açdı: “Anasını eşitmədi...”

Abşeronda tanınmış plastik cərrah qətlə yetirilib. Ötən gecə 41 yaşlı Türkan Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 56 yaşlı Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkan Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sozcu.az xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova qətl hadisəsi ilə bağlı açıqlama verib. Sənətçi qətlə yetirilən Türkanənin ailəsini yaxından tanıdığını bildirib:

“10-11 il bundan öncə yaşadığımız Bəşir Səfəroğlu küçəsində olan qonşumuzun, hətta ailəvi bir ara get-gəlişimiz olan ailənin qızını, türk vətəndaşı olan əri ürəyinə bıçaq soxub öldürüb.

Şok yaşadım eşidəndə və qızın anasının o zaman mənə dediyi söz yadıma düşdü. Ay Aybəniz xanım, mən bu qıza nə dedim, xeyri olmadı, hətta özündən getmə tapmışdı, o oğlana vermirdik deyə dedi. Soruşdum ki, bəs səbəb niyə istəmirdiniz ki, getsin ona? Anası dedi ki, qızımın tayı deyil, qızımdan çox böyükdür. Bəs indi necə yola gedirlər salını verdim, cavabında isə çox qısqancdır dedi. Susdum, heç nə demədim, çünki qısqanclığın sonu yoxdur. Amma nə deyə bilərdim ki? Baxın, bu da son. Xalqın gül kimi qızının həyatını puç etdi vicdansız, xəstə təfəkkürlü insan.

O qədər də yaxşı insan idi, heyf, Türkan səndən. Sevda xanımın, Samirənin nə çəkdiyini təsəvvür belə etmək istəmirəm. Allah səbrinizi versin Samirə qızım. Allah Türkana rəhmət etsin, Valideynlərinizi dinləyin, qızlar. Bax, görürsünüz, valideynə qulaq asmayanda necə olur...” /Yenisabah.az

Share on Facebook