Mingəçevirdə avtomobil 67 yaşlı süpürgəçi qadını vurub.
Sozcu.az "Report"a istinadla, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, sürücü 2005-ci il təvəllüdlü V.Salmanov avtomobillə yolu süpürən 1958-ci il təvəllüdlü R.Ağayevanı vurduqdan sonra idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Qəza nəticəsində qadın və sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.