Avropa Birliyi, Böyük Britaniya, Almaniya və Fransadan olan nümayəndələr ABŞ-ın Ukraynadakı münaqişənin həlli planına dair İsveçrədə keçiriləcək məsləhətləşmələrdə iştirak edəcəklər.
Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
"Avropa Birliyi və Böyük Britaniya danışıqlarda iştirak edəcək. Fransa və Almaniyadan yüksək səviyyəli təhlükəsizlik rəsmiləri də İsveçrəyə gedəcək", - nəşr bildirib.
Qeyd edək ki, Ukraynanın nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planını müzakirə etmək məqsədilə İsveçrəyə gedib.
