"Arsenal"ın məşq mərkəzində "Labrador" cinsli bir it görünüb.
Sozcu.az xəbər verir ki, bunun baş məşqçi Mikel Artetanın yeni ideyası olduğu üzə çıxıb.
Mütəxəssis düşünür ki, it oxşamaq stressi azaldır, ümumi əhval-ruhiyyəni yaxşılaşdırır. Buna görə də o, klubun bazasına belə bir heyvan gətirib.
Həmçinin Arteta inanır ki, Vin (Win - qələbə - red.) adlı it onlara Premyer Liqa çempionluğunu qazanmağa kömək edəcək.
Qeyd edək ki, "Arsenal" hazırda turnir cədvəlində 81 xalla (36 oyun) 2-cidir. "Topçular" sona 2 tur qalmış "Mançester Siti"dən (35 oyun) 4 xal geridədir.