1992-ci lidə Azərbaycanın alı məktəblərinə qəbul imtahanlarında ilk dəfə test üsulu tədbiq edildi.
Test üsulunun tədbiqinə Təhsil Nazirliyi işçiləri, ali məktəblərin professor-müəllim heyətinin bir qismi tərəfindən ciddi müqavimət vardı.
Çünki, bu sahələrdə çalışan minlərlə müəllim və məmurun qazancı qəbul və smestr imtahanlarına bağlı idi.
Əbülfəz Elçibəy bütün bu müqavimətə baxmayaraq test üsulunun tədbiq olunmasına təkid etdi.
Adətən iyun ayında keçirilən qəbul imtahanlarının test üsulunu tədbiqinə hazırlığın tamamlanmaması səbəbindən payıza qədər uzadılmasına sərəncam verdi.
Təhsil Nazirliyi və test imtahanlarını sobataj etmək ehtimalı olanlara o dərəcədə inanmırdı ki, test suallarının hazırlanması üçün Zaqulbada prezidentin rezidensiyası olan öz evini ayırmışdı.
Hətta bir çox yüksək vəzifəli dövlət məmurları bu prosesdən xəbərsiz idi.
Sistem elə qurulmuşdu ki, heç kəsin, hətta prezidentin özünün də imtahanların nəticələrinə müdaxilə imkanları olmasın.
Və bu sistem Prezident Elçibəyin iradəsi və göstərişi əsasında qurulmuşdu.
İlk test imtahanlarının baş tutmasında Prezident Aparatı əməkdaşlarının, o zaman Dövlət Katibi olan Pənah Hüseynin, Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə iş üzrə Dövlət Müşaviri olan mənim, Dövlət Müşaviri Rafiq İsmayılın, test sistemini pozmağa çalışanlar istisna olmaqla Təhsil Nazirliyi və ali məktəblərin professor-müəllim heyətinin, TQDK və onun rəhbəri Vurğun Əyyubun, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Rauf Gülməmmədovun, Bakı şəhər rayonları icra hakimiyyəti başçılarının rolu böyükdür.
Test imtahanları günü bütün təşkilati-texniki məsələlərə Ərazi İdarəetmə Orqanıarı ilə iş üzrə Dövlət Müşaviri olaraq şəxsən rəhbərlik etmişəm. Amma bu test sisteminin tədbiqində müstəsna rolumun olması anlamına gəlmir.
Yersiz və mənasız davranışları ilə etimadı itirərək aylarla prezidentin qəbuluna düşməyə həsrət qalıb bu gün test sisteminin tədbiqinin müəllifliyindən danışanların iddiaları isə xüsusilə gülüncdür.
Azərbaycanda test sistemi prezidentElçibəyin ideyası, təşəbbüsü və siyasi iradəsi nəticəsində tədbiq olunub.
Arif Hacılı, Müsavat Partiyasının başqanı