Arayik “qəhrəman” “hərbi hissə” komandirini Xocavəndə “başçı” təyin etdi… -FOTO

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun 2 il 5 aydan çoxdur Rusiyanın nəzarətində qalan hissəsindəki separatçı-terrorçu erməni rejiminin başçısı Arayik Arutyunyan Xocavənd rayonunun işğalda qalan hissəsinə yeni qanunsuz “başçı” təyin edib.

Sozcu.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.

Məlumata görə, Edik Avanesyan sözügedən “rayon”un “administrasiya rəhbəri” vəzifəsindən azad edilib, onun yerinə isə Unan Hayrumyan təyin edilib.

Qeyd edilir ki, bundan əvvəl Unan Hayrumyan separatçı rejimin qondarma “milli təhlükəsizlik xidməti”nin “direktor müavini” vəzifəsindən azad edilib.

Araşdırmamıza görə, U.Hayrumyan keçmiş qanunsuz hərbi hissə komandiri olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı döyüşlərdə fəal iştirak edib. Arayik  2020-ci ilin noyabrında Azərbaycana qarşı müharibədə göstərdiyi “şücaətə” görə U.Hayrumyana “Artsax qəhrəmanı” adı verib və onu “Qızıl qartal” ordeni ilə təltif edib.(moderaor)

Share on Facebook