Ançelotti Arda Güler haqda

"Real"ın baş məşqçisi Karlo Ançelotti bir müddət əvvəl "Fənərbaxça"dan Madrid klubuna keçən türkiyəli yarımmüdafiəçi Arda Gülerlə bağlı fikirlərini bölüşüb .

Sozcu.az xəbər verir i, təcrübəli mütəxəssis 18 yaşlı futbolçunu tərifləyib: “Gülerin çox gözəl xüsusiyyətləri var. Düşünürəm ki, bu, "Real" azarkeşlərinin xoşuna gələcək”.

Arda Güler ​​“Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə bu klunun akademiyasında olub, daha sonra “Fənərbağça”da çıxış edib, əsas komandanın heyətində 51 matçda 9 qol vurub, 12 məhsuldar ötürmə verib. O, Türkiyə millisində də dörd oyunda iştirak edib. Yarımmüdafiəçinin "Fənərbağça" ilə müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədə idi. 

Share on Facebook