Tərtərdə ana və oğlu dəm qazından zəhərlənib.
Sozcu.az xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Müşfiq Əsəd oğlu Əzimov və anası - 1955-ci il təvəllüdlü Sahibə Salman qızı Əzimova yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.
Hadisə nəticəsində Müşfiq Əzimov ölüb, Sahibə Əzimova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
