Almaniya silahlı qüvvələri Litvada daimi briqada yerləşdirəcək.
Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Bildirilir ki, briqada 2025-ci ildə fəaliyyətə başlayacaq. Birləşmənin ilkin komandanlığı 2024-cü ilin ikinci rübündə Litvada yerləşdiriləcək.
Məlumata görə, 2024-cü ilin sonunadək birinci briqada komandirinin başçılıq etdiyi tam hüquqlu dislokasiya qrupu Litvaya gələcək.
Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın 2023-cü ilin iyununda Litva ərazisinə silahlı qüvvələr briqadası yerləşdirmək planlarını açıqlayıb. O, briqadaya 4 minə yaxın hərbçinin daxil olacağını bildirib.