Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı və İrəvanın iki qonşu ölkə kimi ən yaxşı yolunun sülh şəraitində yaşamaq və ticarət əlaqələrinin bərpa edilməli olduğunu deyib.
Bunu parlamentin sədri özünün teleqram hesabında yazıb: “Uzun, qanlı müharibələrdən sonra dinc həyatın bir çox nümunələri var. Ümumiyyətlə, bunun alternativi yoxdur".
Qanunverici orqan spikeri Alen Simonyan əmin edib ki, o, sülh üçün hər şeyi edəcək. A. Simonyan, həmçinin qeyd edib ki, iki dövlət arasında ticarət əlaqələri də bərpa olunmalıdır.