Akşənər “Altılı masa” ilə bağlı qərarını verdi

15:53

İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaş İYİ Partiyasının sədri Maral Akşənərlə görüş keçirib.

Sozcu.az xəbər verir ki, görüş İYİ Partiyasının qərargahında baş tutub.

20 dəqiqlik görüşdən sonra tərəflər mediaya açıqlama verib.

Əkrəm İmamoğlu açıqlamasında görüşdən CHP sədri Kamal Kılıçdaroğlunun xəbərinin olduğunu deyib.

İYİ Partiyasının sözçüsü Kürşad Zorlu da Maral Akşənərin hər iki bələdiyyə sədrinə Türkiyənin vitse-prezidentləri olmaq təklifini etdiyini bildirib:

“Bu təklif sədrimiz tərəfindən Kamal Kılıçdaroğluna da veriləcək”.

Zorlu Akşənərin yenidən Millət İttifaqının toplantısına qatılacağının gözlənildiyini deyib.

***

İYİ Partiyasının sədri Maral Akşənər “Altılı masa”ya qayıtmaq barədə qərar qəbul edib.

Bunu İYİ Partiyasının sözçüsü Kürşad Zorlu deyib.

“2 bələdiyyə sədrinin vitse-prezident olması məsələsində Maral Akşənərin təklif irəli sürdüyünü ifadə etmişdik. Kılıçdaroğlu ilə görüş keçirdilər. Akşənər Səadət Partiyasının qərargahında keçiriləcək toplantıya qatılmaq qərarını verdi”, - Zorlu bildirib.

Share on Facebook