Aİ qışı rekord qaz ehtiyatları ilə başa vurub

Avropa İttifaqı qışı yeraltı anbarlarda rekord qaz həcmləri göstəriciləri ilə başa vurub.

Sozcu.az-ın məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, martın əvvəlinə görə anbarların doluluq səviyyəsi 60%-dən çox olub, bu da illik müqayisədə iki dəfə çoxdur.

Belə ki, martın 1-nə Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 60,64% təşkil edib və anbarlarda olan qazın həcmi 66,1 mlrd. kubmetr olub.

Share on Facebook