Ağ evdən Putinin namizədliyinə ironiya: şiddətli kampaniya olacaq

Amerika rəsmiləri 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyinin irəli sürülməsi xəbərinə ironik reaksiya verib və gözlənilən nəticənin artıq bəlli olduğunu qeyd edib.

Sozcu.az xəbər verir ki, Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi istehza ilə deyib:

“Putinin namizədliyi irəli sürülübsə, bu, çox güman ki, şiddətli seçki kampaniyası olacaq, elə deyilmi?”.

Con Kirbi ABŞ Prezidentinin xidməti təyyarəsində jurnalistlərlə söhbət zamanı daha ətraflı şərh verməkdən imtina edib və bildirib ki, hazırda deyəcək başqa heç nə yoxdur.

Xarici mətbuat yazır ki, Putinin 2024-cü il prezident seçkilərində qələbəsi demək olar ki, təmin olunub, çünki onun ciddi rəqibi olmayacaq.

Share on Facebook