ABŞ və Böyük Britaniya husilərin Ənsarullah hərəkatının nəzarətində olan Yəmənin Hüdeyda şəhərinə zərbələr endirib.
Sozcu.az xəbər verir ki, bu barədə “Əl Masirah” telekanalı məlumat yayıb.
Bildirilib ki, koalisiya qüvvələri Qırmızı dəniz sahillərində yerləşən Ras İsa limanının ərazisinə azı 2 zərbə endirib.
Qeyd edək ki, hücumun nəticələri, o cümlədən mümkün itkilər və dağıntılar barədə məlumat verilmir.