ABŞ Almaniyaya 3,5 milyard dollarlıq müqavilə çərçivəsində İsraildən “Arrou 3” raketdən müdafiə sistemi almağa icazə verib.
Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb.
İsrail Müdafiə Nazirliyi bildirib ki, ABŞ-ın dəstəyi ilə öhdəlik məktubunun imzalanması mərasimində yüksək səviyyəli İsrail və Almaniya rəsmiləri iştirak edəcək.
Məlumata görə, İsrail və Almaniya parlamentlərinin təsdiqini aldıqdan sonra tam müqavilə 2023-cü ilin sonuna qədər imzalanmağa hazır olacaq.
Qeyd edək ki, “İsrael Aerospace İndustries” tərəfindən istehsal olunan “Arrou 3” zenit raket kompleksi ABŞ və İsralin birgə layihəsidir. Bu sistem ballistik raketləri məhv etməyə qadirdir.