ABŞ Çinin Honqkonq Xüsusi İnzibati Bölgəsinin rəsmilərinə viza sanksiyaları tətbiq edib.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat verib.
Onun yazılı bəyanatında qeyd olunub ki, Çin hakimiyyəti Honqkonqda vətəndaş cəmiyyəti, media və fərqli fikirlərə qarşı təzyiqləri gücləndirir.
O, konkret kimin ABŞ-ın hazırkı məhdudiyyətləri altına düşdüyünü açıqlamayıb. .
“Biz Konqres və beynəlxalq ictimaiyyətlə birlikdə Honqkonq xalqının qorunan hüquq və azadlıqlarının bərpasına, milli təhlükəsizlik qanununa əsasən haqsız yerə həbs edilmiş şəxslərin dərhal azad edilməsinə çağırış edərək onlara dəstək olmaq üçün işləməyə davam etməyə sadiqik”, - Blinken deyib.