ABŞ AB-nin İranla bağlı bu addımını dəstəklədi

Avropa Birliyinin İran hökumətinin bir sıra qurumları və şəxslərinə qarşı tətbiq etdiyi yeni sanksiyaları dəstəkləyirik.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abraham Pili deyib.

"Biz raketlərin və pilotsuz təyyarələrin hazırlanmasında, onların hərbiləşdirilmiş proksi qruplara və terrorçulara paylanmasında iştirak edən bir neçə iranlı şəxs və quruma qarşı AB-nin bugünkü sanksiyalarını alqışlayırıq. Tehranın təhdid dairəsi genişdir və qlobal sabitlik, rifah və təhlükəsizliyi pozur. Bu gün biz də İrana qarşı sanksiyalarımıza əlavələr etdik”, - Pili bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranın pilotsuz təyyarə proqramında fəal olan 4 müəssisə və 1 şəxsə sanksiya tətbiq etdiyini açıqlayıb.

Share on Facebook