AB missiyası Dığ kəndinə gəlməkdən imtina etdi

Ermənistan dövlətinin ölkədəki AB missiyasını dünən döyüşlərin baş verdiyi əraziyə aparmaq cəhdi uğursuzluqla nəticələnib.

Sozcu.az xəbər verir ki, bununla bağlı erməni sosial şəbəkələrində məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistan XİN müşahidə missiyasının rəhbəri Markus Ritterə Dığ kəndi yaxınlığındakı erməni mövqelərinə baş çəkməyi təklif etsə də, Ritter buna mənfi cavab verib.

Missiya üzvləri erməni hərbçilərinin müşayiəti ilə belə oraya getməyə razı olmayıb.

Share on Facebook