970-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 970-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 678 520 hərbçi, 9 047 ədəd tank, 18 111 ədəd zirehli döyüş maşını, 19 565 ədəd artilleriya sistemi, 1 232 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 987 ədəd avtomobil texnikası, 17 287 ədəd PUA, 2 624 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 476 xüsusi avadanlıq itirib.

Share on Facebook