"8 aylıq nəvəmlə küçədə qalmışıq" - Zərərçəkən

"Hazırda 8 aylıq nəvəmlə küçədə qalmışıq". 

Bunu "Unikal"a açıqlamasında Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında məskunlaşan Sakit Hüseynov deyib. 

Onun sözlərinə görə, İcra Hakimiyyətindən onlara gecəni qohumları və ya yaxınlarında gecələmək tövsiyə edilib:

"İcra Hakimiyyətindən dedilər ki, insanlar sabah yerləşdiriləcək. Lakin hazırda 8 aylıq nəvəm, arvadım, qızım, yeznəm və əsgərlikdən beş gündür gələn oğlumla küçədə qalmışıq. 

Bizə dedilər ki, qohumlardan kim varsa, onların evində məskunlaşın. Yalnız bunu dedilər ki, bu işə sabah baxılacaq". 

Share on Facebook