7 nəfərin öldüyü qəzadan görüntülər… – FOTOLAR

Bu gün sübh vaxtı Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsində 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasından video yayılıb.

Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisədən bir neçə dəqiqə sonra lentə alınmış görüntülərdə qəzaya düşmüş “Mercedes Sprinter” markalı mikroavtobusun sağ hissəsinin yük maşınına çırpılması məlum olur. Zərbənin təsirindən nəqliyyat vasitəsində olan sərnişinlər yolun hərəkət hissəsinə düşüb. Sürücü və 6 sərnişin hadisə yerində həlak olub.

İlkin ehtimala görə, hadisədən öncə mikroavtobusun 59 yaşlı sürücüsü Arif Bağırov sükan arxasında infarkt keçirib.

Görüntülər həssas olduğundan videonu deyil, bir neçə kadrı təqdim edirik:

343f27f5e88e8ef7aedcbbf878ef4849.jpg

5d1cb6b89a8340141780d8a7c04ab57c.jpg

598990867d298252638707473a4a46dd.jpg

Share on Facebook