ABŞ-ın Arizona ştatından olan 44 yaşlı gözəllik salonu sahibi Kris qızına bənzəyən 28 yaşlı işçisi Savana ilə evlənərək internetdə qınaqla üzləşib.
Sozcu.az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Kişi onun salonunda bərbər kimi işə düzələn və özündən iki dəfə kiçik olan bir qızla tanış olub. Kris o vaxt boşanıb və depressiyaya düşüb, lakin o, dərhal Savana ilə maraqlanıb və ona yaxınlaşıb. "Boşandıqdan sonra özümə gələn kimi onunla daha çox danışmağa, daha tez-tez yanında olmağa başladım. Hiss etdim ki, aramızda əvvəllər heç vaxt yaşamadığım xüsusi bir şey var", - o deyib.
Tezliklə Savana və Kris münasibətə başlayıblar. Yaş fərqi böyük olduğuna görə cütlük əvvəlcə romantikalarını həmkarlarından və qohumlarından gizlədib. Bundan əlavə, Savana Krisin 21 yaşlı qızı Tizziyə bənzəyib ki, bu da başqaları tərəfindən anlaşılmazlığa səbəb ola bilərdi.
Sevgililərin münasibəti məlum olanda tənqidlə üzləşiblər. "Tizzi əvvəlcə çaşqın idi", - Savana deyib. Cütlük daha sonra sosial şəbəkədə romantik anlarını paylaşıb və çoxlu mənfi şərhlər alıb. Hamı əmin idi ki, Kris Tizzi ilə zahiri oxşarlığına görə Savana ilə görüşməyə başlayıb.
Lakin ittihamlar və qınaqlar cütlüyün münasibətini pozmayıb. Kris nəhayət Savanaya evlilik təklif edib və onların üç övladı olub. Cütlük sosial şəbəkədə birgə videolar yayımlamağa davam edib və mənfi şərhlərə fikir verməyib. "Biz böyük bir ailəyik. Bizim haqqımızda nə dedikləri önəmli deyil. Biz xoşbəxtik və əsas olan da budur", - Savana deyib.milli.az