Rusiyanın Krasnodar diyarının Yujnı kəndində fərdi yaşayış evində yanğın baş verib.
Sozcu.az yerli KİV-ə istinadla bildirir ki, yanğın barədə səhər tezdən məlumat verilib. Həmin vaxt evdə bir qadın və 5 aylıqdan 9 yaşa qədər olan altı uşağı olub. Ana üç uşağı xilas etsə də, qalanları ölüb.
İlkin məlumata görə, yanğına səbəb uşaqların nəzarətsiz qalması olub. Ananın sözlərinə görə, uşaq oynayan zaman alışqan götürərək şkafdakı əşyaları yandırıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə "Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma" ilə cinayət işi açıb. O da məlum olub ki, ana övladlarını saxlamaq və tərbiyə etmək vəzifələrini yerinə yetirmədiyinə görə dəfələrlə inzibati məsuliyyətə cəlb edilib.