Dövlət İmtahan Mərkəzinin psixoloqları imtahana bir-iki gün qalmış onların hansı rejimdə işləmələrini məsləhət verirlər. Abituriyent imtahana bir-iki gün qalmış istirahət etməlidir və imtahan günü biliyinə uyğun nəticəni toplamalıdır.
Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZƏRTAC-a müsahibəsində söyləyib.
DİM rəhbəri qeyd edib ki, bizdə ali məktəbə qəbul olmaq kifayət qədər sadədir, 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər.