İsmayıllıda 15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kürtmaşı kənd orta məktəbində baş verib. 2008-ci il təvəllüdlü Y.R. məktəbin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb.
Məktəbliyə ilkin yardım göstərildikdən sonra təcili Bakıya aparılıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
9-cu sinif şagirdi olan qızın özünü qəsdən binadan atdığı da istisna edilmir. Faktla bağlı araşdırma aparılır.