1323-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1323-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 118 370 hərbçi, 11 240 ədəd tank, 23 324 ədəd zirehli döyüş maşını, 33 519 ədəd artilleriya sistemi, 1 517 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 225 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 650 ədəd avtomobil texnikası, 67 965 ədəd PUA, 3 841 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 973 xüsusi avadanlıq itirib.

Share on Facebook